
PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.