Prezidentin oğlu Qətərdəki Dünya Çempionatında qol vurub

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının ilk turunda ABŞ milli komandasının Uelslə oyunda vurduğu qol prezident oğlunun adına yazılıb.

Modern.az xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı oyunun 36-cı dəqiqəsində ABŞ milli komandasının oyunçusu Timoti Vea açıb.

Qeyd edək ki, Timati Afrikada yerləşən Liberiya dövlətinin prezidenti, keçmiş futbolçu Corc Veanın oğludur. ABŞ millisinin üzvü olan 22 yaşlı hücumçu Fransanın “Lill” klubunun da oyunçusudur.

56 yaşlı Corc Vea vaxtilə doğma Liberiya millisinin şərəfini qoruyub. Bununla yanaşı, o, “Milan”, “Çelsi”, “Monako”, PSJ, “Mançester Siti”, “Əl-Cəzirə” klublarında da çıxış edib. Corc Vea 1995-ci ildə ən yaxşı futbolçu kimi “qızıl top” mükafatını qazanıb.

Corc Vea 2018-ci ildə Liberiya prezidenti seçilib.

Mənbə

Share: