İran Ukraynanı birgə ekspert qrupu yaratmağa çağırdı

İranın BMT-dəki nümayəndə heyəti bəyan edib ki, İslam Respublikası pilotsuz təyyarə (PUA) problemi ilə bağlı yaranmış anlaşılmazlıqları Ukrayna ilə qarşılıqlı əlaqəni davam etdirməklə aradan qaldırıla biləcəyinə inanır.


Modern.az xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi “Vaşinqton Post”a etiraz notası göndərərək, qəzetin Rusiyada pilotsuz təyyarə istehsal xəttinin işə salınması ilə bağlı yeni iddialarını təkzib edib.

Qeyd edilib ki, İran Rusiyada belə bir istehsala başlamaq üçün heç bir addım atmayıb.

Tehran rəsmiləri Ukraynadakı müharibədə İran pilotsuz təyyarələrini istifadə etdiyinə dair iddiaların araşdırılması üçün Ukrayna səlahiyyətliləri ilə birgə ekspert qrupu yaratılmasını istəyib.

 

İranın nümayəndə heyəti həmçinin qeyd edib: “Qarşılıqlı razılaşmalar əsasında İran İslam Respublikası və Rusiya illərdir ki, Ukraynada müharibə başlamazdan əvvələ gedib çıxan müdafiə, elmi və tədqiqat sahələrində ortaq əməkdaşlıq ediblər. Bundan əlavə, 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində İranın silah məhdudiyyətlərinin beş illik müddəti başa çatıb və İran öz ehtiyac və prioritetlərinə uyğun olaraq digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıq edə bilər”.


İran nümayəndələri bildiriblər ki, İslam Respublikası Ukrayna böhranının başlanğıcından bəri aydın mövqe tutub və ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət edir.

Mənbə

Share: