Azərbaycanın İsrail, Albaniya və Keniyada açılacaq səfirliklərinin, Fələstində isə təmsilçilik ofisinin zəruri xərclərinin ödənilməsinə ayrılan vəsait açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
Onun sözlərinə görə, bu məbləğ 15,9 milyon manat təşkil edəcək.