İTV-dən dünya çempionatının yayımı ilə bağlı AÇIQLAMA

İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol üzrə Dünya Çempionatının yayımı ilə bağlı açıqlama yayıb.

 

İTV-dən Modern.az-a verilən açıqlamada deyilir:

 

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb.

 

Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”.

Mənbə

Share: