Azərbaycanda KOB inkişaf mərkəzləri yaradılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) inkişaf mərkəzlərinin yaradılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov “Təhsil biznes forumu – cari vəziyyət və perspektivklər” forumunda deyib.

Onun sözlərinə görə, bu mərkəzlər elmi innovasiyaların biznesə və biznes ehtiyaclarının tədris müəssisələrinə inteqrasiyasına kömək edəcək. Bununla da mərkəzlər elmi-tədris müəssisələri ilə kiçik və orta sahibkarlıq subyektləri arasında körpü rolu oynayacaq.

O.Məmmədov əlavə edib ki, mərkəzlərin yaradılması çərçivəsində Agentlik yeni təkliflərə açıq olacaq.

Share: