Zakir Qaralov yeni prokurorlar təyin etdi

Füzuli rayonuna yeni hərbi prokuror təyin olunub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Baş prokurorun əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Trend-ə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

***

Baş prokuror Zakir Qaralovun digər əmri əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, İ.Əhmədov bundan əvvəl Bakı hərbi prokuroru vəzifəsində çalışıb.

 

Share: