ABŞ Türkiyənin Suriya və Şimali İraqda həyata keçirdiyi “Pəncə-Qılınc” əməliyyatına münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi danışıb.
“Türkiyə cənubda terror təhlükəsi ilə üz-üzə qalıb. Bu halda Ankara özünü müdafiə etmək hüququna malikdir”, – deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyə Suriya və İraqın şimalına endirdiyi aviazərbələr nəticəsində 200-ə yaxın terrorçu zərərsizləşdirilib.