Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gələcək.
Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurmuşdu. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.