Makron Putinlə danışıqlar aparmaq niyyətindədir 

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “La Figaro” nəşri məlumat yayıb.

 

Bildirilir ki, o, Putinlə Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) vəziyyəti müzakirə etməyi planlaşdırır.

 

“Yaxın günlərdə Putinlə birbaşa əlaqələri səbirsizliklə gözləyirəm. MAQATE-nin rəhbəri Rafael Qrossi ilə apardığım danışıqlardan sonra, ilk növbədə, nüvə enerjisi və Zaporojye AES ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırıram”, – Makron deyib.

 

Akif İsmayılov 

Mənbə

Share: