Şuşa, Ağdam və Füzuliyə səfər edənlərin sayı açıqlandı

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Millətin Səsi.az-a verilən məlumata görə, Füzuli istiqamətinə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.

Bu günədək ümumilikdə 432 reys həyata keçirilib, 19 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.

Mənbə

Share: