
Futbol üzrə dünya çempionatında II turun oyunları davam edir.
Modern.az xəbər verir ki, II tur çərçivəsində günün ilk qarşılaşması D qrupunda keçiriləcək. Saat 14:00-da başlayacaq oyunda Tunis və Avstraliya yığmaları üz-üzə gələcək. Hazırda Tunisin aktivində 1, Avstraliyanın aktivində 0 xal var. Belə ki, ilk turda Tunis Danimarka ilə qolsuz heç-heçə etmiş, Avstraliya isə Fransaya 4-1 hesabı ilə uduzmuşdu. Avstraliya bu gün də məğlub olarsa, mundialla vidalaşacaq.
DÇ-2022, Qrup mərhələsi, II tur
D qrupu
14:00. Tunis-Avstraliya
Xallar: Fransa – 3, Danimarka- 1, Tunis – 1, Avstraliya – 0.