Ukrayna əsirliyində ölüm təhlükəsi ilə üzləşən 9 rus əsgəri noyabrın 26-da ölkəsinə təhvil verilib.
Modern.az xəbər verir ki. bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaqlar.