
“Kudrin heç nəyi dəyişməyəcək, sadəcə, rejimin və hərbi cinayətkarların rəzil qalereyasına daxil olacaq…”
Vladimir Putinə çoxdan yaxınlığı ilə seçilən Aleksey Kudrin Rusiya Federasiyası Hesablama Palatasının rəhbəri postunu tərk edir.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı “Regnum” agentliyi yayıb.
“Mən ümumilikdə dövlət sektorunda 25 il işləmişəm. Hazırda geniş mənada diqqətimi özəl təşəbbüslərlə bağlı olan, lakin bu zaman insanlar üçün xeyli əhəmiyyət kəsb edən böyük layihələr üzərində cəmləşdirmək istəyirəm. Ona görə də mən Hesablama Palatasının sədri postunu tərk edirəm”, – o, yazıb və müvafiq ərizəni Putinə tədqim edib.
Bundan öncə Kudrinin yenidən təşkilatlanma prosesini işə salan “Yandeks” korporasiyasında rəhbər vəzifə tuta biləcəyi barədə şayiələr dolaşıb.
“Meduza” nəşrini mənbəyinin məlumatına görə, noyabrın 29-da İstanbulda “Yandeks”in direktorlar şurasının iclası keçirilib və Kudrin də orada iştirak edib.
“Meduza” güman edib ki,orada ona müvəqqəti vəzifə təklif edilib, bir azdan formal prosedurlar bitəndən sonra “böyük” təyinat baş tuta bilər.
“Böyük ehtimalla, Rusiyanın yeni strukturunda Holland ana şirkətinin minoritar payı qalacaq. Versiyaların birinə görə, Kudrin Rusiyanın yeni strukturunun direktorlar şurasının sədri və indi əsas olan Holland şirkətinin direktorlar şurasının üzvü, bölünəndən sonra isə kənar şirkət olacaq”,
“Meduza”nın “Yandeks”in yenidən qurulması planlarından xəbərdar olan mənbəyi deyib.
Rusiyanın “The Bell” internet nəşrinin məlumatına görə, Kudrin nəinki “Yandeks”də rəhbər vəzifə tuta bilər, həm də orada 5 faiz paya sahib ola bilər. Bundan başqa, “The Bell” məlumat verib ki, 2020-ci ildən “Yandeks”in səhmdarları sırasında olan biznesmen Roman Abramoviç və VTB bankının da “Yandeks”də payları olacaq.
“İnterfaks” informasiya agentliyinin məlumatına görə, Federasiya Şurasının senatorları Aleksey Kudrinin vaxtından əvvəl Hesablama Palatasının sədri vəzifəsindən azad ediməsinə səs verib.
Qeyd edilir ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko dolayısı ilə Kudrinin Hesablama Palatasından gedəndən sonra “Yandeks”də işə keçəcəyini deyib.
“Ooo…Kudrin də rəzillər sırasına keçid alıb. O, nisbətən “təmiz” qalmağa cəhd edib, lakin informasiya müharibəsində məğlubiyyət Putini Kudrini də bu vurulmuş cəbhəyə atmağa vadar edib, son silah kimi “Yandeks”i təqdim edib. Axmaqlıqdır. Gecdir. “Yandeks” “yalan” sözü ilə sinonimdir və bu, düzəlməzdir”, – Aleksey Kudrinin karyera dəyişikliyinə rusiyalı müxalifətçi, publisist və teleaparıcı Aleksandr Nevzorov belə münasibət bildirib.
O, əlavə edib ki, Rusiya informasiya savaşını “təmiz” uduzub.
“Kudrin heç nəyi dəyişməyəcək, sadəcə, rejimin və hərbi cinayətkarların rəzil qalereyasına daxil olacaq”, – Nevzorov deyib.
Xayırladaq ki, 1990-cı illərin əvvəllərində Aleksey Kudrin Vladimir Putin kimi Sankt-Peterburq meri Anatoli Sobçakın meriyasında işləyib. Bununla əlaqədar olaraq Kudrin Rusiya prezidentinin etimad etdiyi adamdır. 2000-ci ildə Putin dövlət başçısı seçiləndən sonra Kudrin maliyyə naziri olub. Sonradan əlavə olaraq vitse-baş nazir vəzifəsini alıb.
Lakin 2011-ci ildə o zaman Rusiya prezidenti Dmitri Medvedevlə fikir ayrılığına görə hökumətdən gedib. Sonradan o, özünün yaratdığı “Strateji araşdırmalar Mərkəzi”nə rəhbərlik edib. 2018-ci ildən Hesablama Palatasının sədridir.