Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ticarət və müdafiə sənayesi olmaqla iki ölkə arasında əlaqələri yaxşılaşdıracaq addımları müzakirə ediblər.
Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tez bir zamanda yenidən qurulmasının bütün tərəflərin marağında olduğunu bildirib. O, həmçinin Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyini vurğulayıb.