Belarus Prezidenti Aleksandr Lukaşenko illər əvvəl qayınanasının ona kömək etdiyini etiraf edib.
Lukaşenko qeyd edib ki, jurnalist olmaq istəyib, lakin qayınanasının (o vaxt üçün gələcək qayınanasının) məsləhəti ilə tarix fakültəsinə daxil olub.
Dövlət başçısı ona minnətdar olduğunu bildirib. Bu məsləhətin onun gələcək taleyini həll etdiyi ehtimalına gəlincə isə cavab verib ki, “məsələ qayınanada deyil”.
Lukaşenko 1975-ci ildə Moqilev Pedaqoji İnstitutunun Tarix fakültəsini tarix və ictimai elmlər ixtisası üzrə bitirib. Həmçinin 1985-ci ildə Moqilev vilayətinin Qorki şəhərində Belarus Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini bitirib. Burada təsərrüfatı istehsalının iqtisadçı-təşkilatçısı ixtisası üzrə qiyabi təhsil alıb.