Braziliyalı futbol əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.
Modern.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, futbolçuda tənəffüs yolu infeksiyası aşkarlanıb.
Hazırda onun vəziyyəti stabildir.
“Tibb briqadası Peleyə tənəffüs yolu infeksiyası diaqnozu qoyub. O, antibiotiklərlə müalicə olunur. Xəstənin dərmanlara reaksiyası adekvat olub. Pele reanimasiyada deyil, adi palatada qalır. O, müalicəsini davam etdirmək üçün bir müddət xəstəxanada qalacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, 82 yaşlı Pele bədənindəki bədxassəli şişlərin müalicəsi məqsədi ilə bu il iki dəfə xəstəxanaya yerləşdirilib.