Şoyqu belaruslu həmkarı ilə görüşdü

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minsk şəhərində belaruslu həmkarı Viktor Xrenin ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı nazirlər “kitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Tərəflər hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair saziş protokolunu imzalayıblar.

“Belarus Respublikası bizim etibarlı tərəfdaşımız olub və olaraq qalır. Bu, kollektiv Qərbin misli görünməmiş təzyiqləri və ölkələrimizə qarşı elan edilməmiş müharibə şəraitində bu gün xüsusilə vacibdir”, – rusiyalı nazir həmkarı ilə danışıqlar zamanı bildirib.

Akif İsmayılov

 

Share: