Qadınları əxlaqsızlığa sürükləyənlər qandallandı

Türkiyənin Bursa vilayətində qadınları əxlaqsızlığa məcbur edən dəstələr ifşa olunub.

 

Modern.az xəbər verir ki, polisin üç ayrı evə eyni anda həyata keçirdiyi əməliyyat nəticəsində 12 nəfər şübhəli şəxs qandallanıb.

 

Bundan başqa, həmin dəstələr tərəfindən fahişəliyə məcbur edilən 13 nəfər xarici vətəndaş qoruma altına alınıb. 

 

Saxlanılan şəxslərin üzərindən həmin qadınlara aid pasportlar və külli miqdarda vəsaitlər aşkar olunub.

Mənbə

Share: