ABŞ səfirindən Saakaşvili AÇIQLAMASI 

“İndi vacib məsələ odur ki, hökumət Mixail Saakaşvilinin səhhəti ilə bağlı yeni məlumatlar əsasında bütün lazımi addımları atsın”.

 

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, eks prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı son açıqlamalara münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Amerika səfirliyi Saakaşvilinin hüquqlarının müdafiəsi ilə bağlı lazım gələn addımları atmaqda davam edir:

 

“Biz Mixail Saakaşvili ətrafında gedən prosesləri müşahidə etməkdəyik. Biz də digərləri kimi son nəticədən xəbərdarıq. Önəmli olan odur ki, hakimiyyət bu yeni məlumat əsasında bütün lazımi addımları atsın.

 

Biz hamımız Mixail Saakaşvilinin səhhəti ilə bağlı etibarlı tibbi rəy gözləyirdik ki, onun üçün nəyin daha yaxşı olduğunu bilək.

 

Dəfələrlə demişik ki, Saakaşvilinin ona lazım olan tibbi yardımı alması və hüquqlarının müdafiəsi vacibdir. Biz hökuməti yeni məlumatlar əsasında müvafiq tədbirlər görməyə çağırmağa davam edəcəyik”, – deyə Kelli Deqnan bildirib.

Mənbə

Share: