“Gürcüstan xalqı Avropa Birliyinə üzv olmaq istəyir. Təəssüf ki, biz hakimiyyətdən geriləmə görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik”.
Modern.az xəbər verir ki, bunu amerikalı senator Cin Şahin deyib.
“Amerikanın səsi”ni təmsil edən jurnalistin “Qafqazla bağlı keçirilən dinləmələr zamanı siz Dövlət Departamentinin nümayəndəsi Keren Donfrieddən Gürcüstanla bağlı siyasətə yenidən baxmağın vaxtı çatıb-çatmadığını soruşdunuz. Bununla nə demək istəyirdiniz?” Sualına senator belə cavab verib:
“Biz çalışırıq ki, bu və ya digər ölkə ilə bağlı, istənilən regionda, bütün dünyada mütəmadi olaraq öz siyasətimizi dəyərləndirək. Həmin bəyanatda qeyd etdiyim kimi və burada təkrar edəcəyim odur ki, gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyir. Təəssüf ki, biz hökumət tərəfdən geriyə addımlar görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik”.
Senatorun fikrincə, gürcü xalqı Qərbə köçmək və demokratiya istəyir:
“Onlar indiyə qədər haqqında danışdığımız bütün azadlıqları istəyirlər. Biz onlara bunu etməkdə kömək etmək üçün yollar tapmalıyıq və hökumət baş verən geri çəkilmənin məhsuldar olmadığını və onları Gürcüstan xalqının getmək istədiyi yerə çatdıra bilməyəcəyini başa düşməlidir”.