“Heç kim bizi təhdid edə bilməz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib.

 

Modern.az xəbər verir ki, prezident Ərdoğan Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizəyə toxunub.

 

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Sərhədlərindən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir:

 

“Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgəsində və dünyada söz sahibi olan Türkiyə var. Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”.

Mənbə

Share: