“Qışda Ukrayna cəbhəsində nə gözlənilir?”

“Qışda Ukrayna cəbhəsində nə gözlənilir?”

“Qış mövsümündə ukraynalılar daha nikbin ovqatda olacaq…”

 

“Moskva kritik infrastruktura hücum etməklə ukraynalıların müqavimət iradəsini sarsıda bilmədilər…”

 

Amerika kəşfiyyatı artıq münaqişə tempinin müəyyən dərəcədə aşağı düşdüyünü müşahidə edir

 

ABŞ kəşfiyyatı gözləyir ki, yaxın bir neçə ayda Ukraynada döyüş əməliyyatlarının tempi aşağı düşəcək və onun enerji sisteminə və digər kritik mühüm unfrastrukturuna hücumlarına rəğmən, Ukraynanın müqavimət iradəsinin zəifləməsi əlamətlərini görmür.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Xeyns Reyqan adına illik milli müdafiə forumunda bəyan edib.

 

“Biz bir növ münaqişənin tempinin aşağı düşməsini müşayiət edirik…Və biz gözləyirik ki, bu, ehtimal ki, yaxın aylarda davam edəcək”, – o, deyib.

 

Onun sözlərinə görə, həm ukraynalı, həm də rusiyalı hərbçilər yenidən təchiz edilməyə cəhd göstərəcək və qışdan sonra əkshücuma hazırlıq üçün öz ehtiyatlarını dolduracaqlar.

 

“Əslində, rusiyalıların bunu etməyə həqiqətən hazır olduqları ilə bağlı bizdə skeptisizm üstünlük təşkil edir. Düşünürəm ki, bu dövrdə ukraynalılar daha nikbin ovqatda olacaq”, – Xeyns əlavə edib.

 

Rusiyanın Ukraynanın enerji sistemi və digər mülki infrastrukturuna hücumlarının nəticələri barədə suala cavab verərkən, Xeyns deyib ki, Moskvanın məqsədi qismən ondan ibarət olub ki, ukraynalıların müqavimət iradəsini sarsıtsın, amma o, bu məqsədinə nail ola bilməyib.

 

Həmçinin o, duqqəti ona yönəldib ki, Rusiyanın belə zərbələri Ukrayna iqtisadiyyatına çox böyük ziyan vurur.

 

“The New York Times” qəzeti yazıb ki, qışın gəlişi Ukraynada hər iki tərəfdən hücumların ləngiməsinə gətirib çıxaracaq. Bunu, heç şübhəsiz, Rusiya çox istəyir.

 

Analitiklər hesab edir ki, müharibə yeni fazaya keçəcək. ABŞ rəsmi şəxslərinin sözlərinə görə, Rusiya, böyük ehtimalla, ukraynalıları qorxutmaq üçün infrastruktura hücumlarını gücləndirəcək. Bunun əvəzində Ukrayna gizli kampaniya təşkil edərək, hətta Rusiya ərazisinə də cavab zərbələri endirə biləcəyini nümayiş etdirə bilər.

 

Öz növbəsində Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) qeyd edib ki, qış fəsli çətin ki, Ukrayna qüvvələrini işğal altında olan ərazilərin azad edilməsi yolunda dayandıra bilsin. Ukrayna Silahlı Qüvvələri donan ərazinin üstünlüklərindən istifadə edərək, çirkli payız aylarına nisbətən daha asanlıqla irəliləyə bilər.

 

“The Guardian” qeyd edir ki, qışın yaxınlaşması ilə döyüş sursatlarının tədarükü, habelə silahın öz cəbhəyə çatdırılması ləngiyəcək. Bundan başqa, ağaclarda yarpaqların olmaması səbəbindən hərbçilərə düşmənin pilotsuz uçuş aparatlarından gizlənməsi çətinləşəcək, hərçənd, sıx buludlar şəraitində hava kəşfiyyatı asan olmayacaq.

Mənbə

Share: