Namaz qılan insanlara atəş açıldı

Nigeriyada silahlı şəxslər şənbə günü axşam saatlarında məsciddə 10-dan çox müsəlman dindarı qətlə yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Məlumata görə, silahlı şəxslər motosikletlərlə məscidə yaxınlaşıb və fərq qoymadan məsciddə namaz qılan hər kəsə atəş açıblar. 12 nəfər güllələnərək öldürülüb. 

 

Bildirilir ki, hücum zamanı silahlılar bir neçə nəfəri məsciddən qaçırıblar.

 

Akif İsmayılov 

Mənbə

Share: