İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında vərəqə almayan yeganə komandadır.
Qaret Sautgeytin baş məşqçi olduğu yığma meydana çıxdığı 4 matçda xəbərdarlıqla üzləşməyib.
Bu göstəriciyə görə ikinci sırada İspaniya kollektivi qərarlaşıb. Britaniyalılardan hələlik bir oyun az keçirən “buğalar” qrupdakı 3 görüşündə bir sarı vərəqə alıb.
Qeyd edək ki, İspaniya dekabrın 6-da 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.