Deputat Qubada seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib.

 

Qəbuldan öncə Millət vəkili Vahid Əhmədov Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun bir sıra rəhbər şəxsləri ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsini və rayonun Şəhidlər Xiyabanını ziyarət etmişdir. Daha sonra Vahid Əhmədov rayonda son 5 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak etmişdir.Yığıncağda Vahid Əhmədov Ziyəddin Əliyevə indiyədək gördüyü işlərə görə minnətdarlığını bildirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.Millət vəkili öz çıxışındaQuba rayonunda tikinti,nəqliyyat,elektrik və qaz təchizatı sahəsində son illərdə böyük inkişaf olduğunu və bu diqqətə və işlərə görə cənab prezident İlham Əliyevə təşəkkür etmiş, bu istiqamətdə SOCAR və Heydər Əliyev fondu kimi qurumların rolunu xüsusi qeyd etmişdir.

     

Millət vəkili çıxışında növbəti ilin dövlət büdcəsinə də toxunmuş və büdcənin böyük hissəsinin sosial sahəyə ayrılacağını bildirmiş,pensiyaların və müavinət alanların sayının növbəti ildə artacağını qeyd etmişdir.Qarabağa “Böyük Qayıdış” Dövlət proqramı haqqında da bəhs edən deputat 2026-cı ilədək Qarabağın əksər rayonlarında sakinlərin məskunlaşacağını bildirmiş, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi sayəsində həmin zonaya investisiyaların artacağını və bölgənin iqtisadi çiçəklənəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Yığıncaqda  Qubada Fətəli xanın heykəlinin qoyulması barədə rəsmi qurumlara müraciət etməsi üçün Vahid Əhmədovda müraciət olunmuşdur.Millət vəkili bu məsələ barədə hələ 2009-cu ildə cənab Prezident İlham Əliyevə müraciət ünvanladığını qeyd etmiş,  Nazirlər Kabinetininə icra barədə müvafiq göstəriş verildiyini, Mədəniyyət və Turizm Nazirliyin müsbət rəyi alındığını, amma icrasının təmin edilməsi üçün razılıqların alınmasına  baxmayaraq maliyyə vəsaitinin ayrılmaması səbəbindən işin icrasının dayandırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Buna baxmayaraq,deputat dövlətimizin Quba rayonuna artan qayğı və diqqətini nəzərə alaraq bu məsələnin yaxın zamanda tamamlanacağına ümid etmişdir.

     

Yekunda deputat qarşıdan gələn yeni il münasibətilə Quba sakinlərini təbrik etmiş,Qubanın növbəti ildə daha da inkişaf etməsini arzulamışdır.

     

Hesabat yığıncağı bitdikdən sonra,deputatın Quba şəhərində yerləşən ofisində növbəti vətəndaş qəbulu keçirilmişdir.Qəbulda Quba və ətraf rayonlardan gəlmiş 107 nəfər sakin iştirak etmişdir.Onların arasında ötən qəbullar zamanı problemləri həll olan vətəndaşlar da iştirak etmiş,deputata xüsusi minnətdarlığını bildirmişlər.Zizik və İspik kəndlərinin vətəndaşları onları uzun zaman narahat edən yol probleminin həll olunması istiqamətində təşəbbüs və praktik kömək göstərən Vahid Əhmədova dərin təşəkkürlərini bildirmişlər.

     

Qəbul zamanı qaldırılan məsələlərin əsasını maddi yardım,pensiyaların təyini,sosial müavinətlərin verilməsi,məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları,mənzillərin təmiri və tikintisi üçün inşaat materiallarının ayrılması və s.məsələlər təşkil etmişdir.Ötən qəbullardan fərqli olaraq,bu dəfəki qəbulda  elektrik və qaz borclarının çoxluğu ilə əlaqədar millət vəkilinə müraciət edənlərin sayında çoxluq qeydə alınmışdır.Seçicilər deputatın bu məsələni Milli Məclisdə qaldırmasını və aztəminatlı əhalinin qaz və elektrik borclarının silinməsi barəsində aidiyyəti qurumlar tərəfindən qərar qəbul edilməsini xahiş etmişlər.

     

Bütün məsələlər köməkçi tərəfindən qeydə alınmış və həlli üçün deputatın tapşırığına uyğun olaraq müvafiq istiqamətlər müəyyənləşdirilmişdir.Bir sıra məsələlər yerindəcə həllini tapmış,qalan məsələlərin həlli üçün aidiyyəti təşkilat və qurumlara müraciətlərin hazırlanması tapşırıqları verilmişdir.

   

 Növbəti qəbul yanvar ayına planlaşdırılmışdir.

 

Mənbə

Share: