Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dövlət başçısı Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla gözlənilən təmaslarının gerçəkləşməsi ehtimalını qiymətləndirib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Uşakov hələlik belə danışığın planlaşdırılmadığını bəyan edib.
Onun sözlərinə görə, Makron bu barədə çox danışsa da, hələ razılıq yoxdur: “O tez-tez Putinlə dialoq və kontaktların qorunub saxlanmasını dəstəkləmək istədiyini deyir, lakin hələ bu istiqamətdə konkret addımlar mövcud deyil”.