Ronaldo Portuqaliyaya qayıtmadı

Portuqaliya yığması futbol üzrə dünya çempionatında mübarizəni dayandırsa da, milli komandanın kapitanı Kriştiano Ronaldu vətənə qayıtmayıb.

 

Modern.az xəbər verir ki, K. Ronaldo ailəsi ilə birlikdə Qətərdə qalacaq.

 

Ronaldodan savayı yığmanın daha 9 üzvü Qətərdə qalıb istirahət edəcək.

 

Kriştiano Ronaldudan başqa Rui Patrisio, Rafael Qerreyra, Rafael Leau, Bruno Fernandes, Mateus Nunes, Ruben Neves, Bernardo Silva, Joao Kanselo və Dioqo Dalo ailələri ilə birlikdə Qətərdə qalmaq üçün icazəsi aldıqlarını bildiriblər.

 

Komandanın digər üzvləri isə bu gün səhər saatlarında Lissabona geri dönüblər.

 

Qeyd edək ki, Portuqaliya millisi Mərakeş yığmasına uduzaraq finala gedən yolda büdrəyib.

Mənbə

Share: