“Zamanla kimin kim olduğu ortaya çıxacaq…”

 

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.

Vəli Ələsgərov Fəxri Xiyaban çıxışında “TNS” İnformasiya Agentliyinə qısa açıqlama verib.

O bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldıb, millətin Ümummilli Liderinə çevrilib. Ulu Öndərimizin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Ümummilli Liderimizin anım günündə xalqımız böyük öndərinin məzarını ziyarət etməyi özünün mənəvi borcu sayır. Biz də bu gün dostum İbad Hüseynovla birlikdə Ulu Öndərimizin məzarını ziyarət edərək müstəqil dövlətimizin qurucusu, xalqımızın xilaskarı olan milli liderimizi minnətdarlıqla yad etdik.

Vəli Ələsgərov həbsdən azad edilməsi məsələsinə də münasibət bildirib: “Ailəmin hər bir fərdi adından möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm. Onlar mənə və ailəmə ikinci həyat bəxş edib. Mən ömrümün sonuna qədər Heydər Əliyev yoluna sadiq qalacaq, möhtərəm Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləyəcəyəm”.

Sabiq nazir əməkdaşımızın həbs edilməsinin səbəbləri ilə bağlı sualını belə cavablandırıb: “Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, haqq nazilər üzülməz. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Ulu Öndərimizin belə bir müdrik kəlamı var: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Həqiqətən də ədaləti ədalətsizliklə bərpa etmək olmaz. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi ədalətli rəhbəri var. Belə bir Prezidenti olan dövlətdə günahsızın sona qədər cəzalandırılması sadəcə mümkün deyil. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.

Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə qondarma ittihamlarla həbs edilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı Vəli Ələsgərov azadlığa buraxılıb.

d026d4c8-b865-4ab7-8f16-36778e3262b0

7e32bd47-4c4b-4c8f-a1db-02ce5960dba2

Mənbə

Share: