Meksikanın cənubunda yerləşən Gerrero ştatında güclü zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.
Episentri Tecpan de Qaleana şəhərində yerləşən zəlzələnin 6 bal gücündə olduğu bildirilib. Zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyini qeyd olunub.
Rəsmilər zəlzələ zamanı indiyədək hər hansı dağıntı və ya insan itkisinin qeydə alınmadığını açıqlayıb. Bildirilib ki, yeraltı təkanlar paytaxt Mexiko da daxil olmaqla bir çox şəhərdə hiss edilib.
Qeyd edək ki, sentyabrın 19-da Meksikanın Miçoakan ştatında 7,6 bal gücündə zəlzələ baş verib, 2 nəfər ölüb.
Akif İsmayılov