“Generallarımızın 90%-i Rusiya Baş Qərargah Akademiyasının məzunlarıdır. Odur ki…”-VİDEO

“Onların ciddi müqavimət göstərəcəklərini və düşmən tərəfinə keçməyəcəklərini gözləmək lazım deyil…”

 

“İmperiya Rusiyası heç vaxt Qazaxıstanın müstəqilliyi ilə barışmayacaq”. 

 

Moderator.az xəbər verir ki, bunu qazax ictimai xadimi və fəalı Arman Şurayev “Radio NV”-nin efirində söyləyib.

 

“İmperatorluğun mahiyyəti budur – qonşu xalqları və ölkələri fəth etmək və əsarət altına almaq. Ona görə də mən əminəm ki, Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində Rusiya imperiyası dağılacaq. Və biz bunu gözləyirik. Düşünürəm ki, biz də buna öz töhfəmizi veririk – səssizcə patronları daşıyırıq” -Şurayev belə deyib.

 

 İctimai fəalın fikrincə, əgər Rusiya bundan sonra da Qazaxıstana qarşı hansısa aqressiv hərəkətlər etsə, bu, ölkədə yaşayan insanları birləşdirəcək.

 

“Hesab edirəm ki, əslində bu təcavüz Qazaxıstanda xalqın birləşməsinə səbəb olacaq. Söhbət yalnız qazaxlardan deyil, ümumilikdə Qazaxıstan xalqından gedir… Və əminəm ki, Qazaxıstanı hərbi qulluqçular deyil, xalq ərazi müdafiə birləşmələri qoruyacaq. Çünki çox təəssüf ki, ordumuzun generallarının 90%-i Rusiya Baş Qərargah Akademiyasının məzunlarıdır. Ona görə də onların ciddi müqavimət göstərəcəklərini və düşmən tərəfinə keçməyəcəklərini gözləmək lazım deyil”, – deyə Şurayev vurğulayıb.

 

Sultan Laçın

Mənbə

Share: