Türkiyənin milli müdafiə naziri Hulusi Akar müxalif deputatlara müraciət edib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bu barədə Türkiyə Silahlı Qüvvələrinin tədbirində videokonfrans formatındakı çıxışı zamanı danışıb.
“Türkiyə ordusu kimyəvi silah istifadə etmir. Bəzi deputatlar bu iddialara alət olurlar. Bir daha bəyan etmək istəyirəm ki, Türkiyə Silahlı Qüvvələrində kimyəvi silah, sursat istehsal edilmir, toplanmır və istifadə olunmur”, – Akar söyləyib.
Nazir bu barədə deyilənləri böhtan adlandırıb: “Bu gün yenə bu böhtanları səsləndirənlər var, yayanlar var. Bunlar iftiradır”.
Hulusi Akar, həmçinin Yunanıstana xəbərdarlıq edib və rəsmi Afinanı səhv addımlardan çəkinməyə çağırıb.