Ermənistan baş naziri Nikol Paşinyan Janna Andreasyanı ölkənin təhsil, elm, mədəniyyət və idman naziri təyin edib.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qeyd edək ki, sabiq nazir Vaqram Dumanyan dünən istefa vermişdi.