Sertifikasiyada aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər

Sertifikasiyada aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər

“Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı nəticə toplayan müəllimlər yenidən imtahan verəcəklər”.

 

Modern.az-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

O bildirib ki, yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar: “Ümid edirik ki, builki sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 368 nəfər ikinci şanslarında uğur qazanacaqlar”.

Mənbə

Share: