“Bir çox məktəb direktorları öz yerində deyil”

“Bir çox məktəb direktorları öz yerində deyil”

Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Musa Qasımlı deyib.

 

M.Qasımlı bildirib ki, müstəqilliyin ilk illərində çobanlar məktəb direktoru təyin edildi. “Bunu təyin etdirənlər kimlərdir? Bu gün xalqdan, millətdən danışanlar. İndi onların təhsildən danışmağa haqqı yoxdur”, – deyə M.Qasımlı bildirib.

 

O qeyd edib ki, bu gün məktəb direktorlarının bir çoxu yerində deyil. “Əgər direktorlar tapşırıqla təyin olunursa, adın yaza bilmirsə, o məktəbdə təhsilin keyfiyyəti olmayacaq. Əgər biz istəyiriksə təhsil keyfiyyəti sağlamlaşsın biz sertifikasiya keçirməliyik. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz. Təhsilə kənar adamların müdaxiləsi olmamalıdır, yəni ay bu mənim qoyumumdur bunu bura yerləşdirik məsələləri olmamalıdır, kənar adamlar təhsilə burunlarını soxmamalıdır”, – deyə M.Qasımlı əlavə edib.

Mənbə

Share: