Kəlbəcərdə minaya düşən texnikaların görüntüləri

Kəlbəcərdə minaya düşən texnikaların görüntüləri

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.

 

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının lentə aldğı görüntüləri təqdim edirik:

 

Xatırladaq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı və 4 hərbi qulluqçu Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində 1 hərbi qulluqçu şəhid olub, 7 nəfər isə xəstəxanalara yerləşdirilib.

Mənbə

Share: