Nazir Laçın yolundakı aksiyadan DANIŞDI: “Yalanların şahidi olduq”

Nazir Laçın yolundakı aksiyadan DANIŞDI: “Yalanların şahidi olduq”

Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

 

Nazir qeyd edib ki, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlama səbəbi açıqlanıb.

 

“Ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”, – deyə C.Bayramov vurğulayıb.

 

 “Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli Bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir” – XİN başçısı əlavə edib.

Mənbə

Share: