“Biz İsrail ilə strateji münasibətlərimizi davam edib genişləndirəcəyik…”
“İsraildə hökumətin dəyişilməsi ölkələrimiz arasında münasibətlərə təsir göstərməyəcək…
“Azərbaycanlılardan heç vaxt başqa ölkələrə qarşı istifadə edilməyəcək…”
“Ölkəmiz başqa ölkələrin maraqları naminə özünün beynəlxalq nüfuzuna xələl gətirməyəcək…”
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib ki, onun ölkəsi noyabrın sonunda Azərbaycan parlamenti və prezident İlham Əliyev tərəfindən Təl-Əvivdə səfirlik açmaq barədə qərar qəbul edildikdən sonra müxtəlif ölkələr tərəfindən tənqidə məruz qalır.
Moderator.az xəbər verir ki, bu barədə səfir İsrailin “HaArers” nəşrinə müsahibəsində deyib.
“Biz beynəlxalq dairələrdən bizim İsraillə əlaqələrimizin tənqid edildiyini eşidirik. Biz hamıya vurğulamışıq ki, bizim qərarımız müstəqildir və İsrail ilə strateji münasibətlərimizi davam etdirəcək, hətta onları genişləndirəcəyik”, – səfir deyib.
Azərbaycanın Təl-Əvivdə səfirlik açması qərarı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasından 30 il və İsrailin Bakıda səfirliyinin açlışından 29 il sonra qəbul edilib.
İbrahim hesab edir ki, səfirliyin açılmasında ləngimə onunla bağlı deyil ki, söhbət İsraildən gedir, onunla bağlıdır ki, onun ölkəsi bir çox dostları ilə münasibətlərin qurulmasında asta hərəkət edir.
“Bizin israilli dostlarımız səfirlik olmadan da aramızdakı əlaqələrdən məmnun olub, lakin biz bilirdik ki, bir gün mütləq səfirliyi açacağıq, – o, deyir. – Biz hesab edirik ki, Təl-Əvivdə səfirliyin açılması bizim münasibətlərimizə kömək edəcək”.
Səfir həmçinin qeyd edib ki, İsraildə hökumətin dəyişilməsi ölkələrimiz arasındakı münasibətlərə təsir göstərməyəcək.
“İsrail-Azərbaycan münasibətləri hökumətlərin dəyişilməsindən asılı deyil, – o, deyib. – Bu, ölkələr və xalqlar arasında olan münasibətlərdir. Biz İsraildə çox dəyişikliklər görmüşük və onlar bizim münasibətlərimizə heç vaxt təsir göstərməyib”.
Hələlik, səfirliyin nə zaman açılması və ilk səfirin kim olacağı bəlli deyil. Bir şey qərara alınıb: İsraildə bir çox səfirliklər kimi, Azərbaycanın səfirliyi də paytaxt Qüdsdə deyil, Təl-Əvivdə açılacaq.
“Biz Təl-Əvivdə səfirlik açan ilk ölkə deyilik, – İbrahim izah edir. – Biz bununla bağlı hər hansı neqativ fikir eşitməmişik”.
Səfirliyin gələcəkdə Qüdsə mümkün köçürülməsi barədə suala cavabında o, deyib: “Bununla bağlı heç nə deyə bilmərəm. Bu, mənasız və bir qədər hipotetik olardı”.
Səfirin dəyərləndirməsinə görə, ölkələrimiz arasında təhlükəsizlik sahəsində münasibətlər
dərinləşəcək. “Əməkdaşlığımızın genişlənməməsi üçün heç bir səbəb yoxdur”, – o, deyir.
Bununla yanaşı, İbrahim bəyan edib ki, onun ölkəsi İsrailə İrana hücum etmək üçün ərazisindən istifadə etməyə imkan verməyəcək. “Azərbaycanlılardan heç vaxt başqa ölkələrə qarşı istifadə edilməyəcək”, – o, deyib.
Beləliklə, o, İsrailin Azərbaycandakı bazalardan İranın nüvə obyektlərinə hücum etmək üçün istifadə edəcəyi barədə dərc edilən məlumatları təkzib edib.
İbrahim vurğulayıb ki, onun ölkəsi başqa ölkələrin maraqları naminə beynəlxalq nüfuzuna xələl gətirməyəcək.
“Azərbaycan beynəlxalq təşkilatlar üçün etibarlı beynəlxalq tərəfdaşdır. Bizimlə yaxşı münasibətləri arzulayan istənilən ölkə ilə münasibətlərimiz yaxşıdır.
Azərbaycan heç vaxt başqa ölkələrə qarşı hərəkət etməyəcək. Biz fəxr edirik ki, torpağımızda xarici hərbi bazalar yoxdur, biz müstəqil xarici siyasət və təhlükəsizlik sahəsində müstəqil siyasət yeridirik”, – səfir əlavə edib.
Səfir həmçinin ölkələrimiz arasında münasibətlərin istiləşməsinin Azərbaycanın BMT və ya analoji beynəlxalq forumlarda səsvermə zamanı İsrailin tərəfinə keçməsi niyyətinin sübutu olmaığına eyham vurub.
“İsrail bizim mövqeyimizi bilir. Biz dostlar kimi məsləhətləşmələr aparırıq, İsrail əvvəlcədən onu narahat edən məsələlər üzrə bizim mövqeyimizi, biz də bizə aid məsələlərdə İsrailin mövqeyini bilirik”, – İbrahim izah edib.