Sülhməramlılara növbəti dəfə şərait yaradıldı

Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

Mənbə

Share: