“Putin 30 günlük müharibə planlaşdırıb, lakin Rusiya 300 gündür atəş açır…”
“Dolab boşdur. Putinin mənəvi, konseptual və fiziki qüvvəsi tükənmək üzrədir…”
“Rusiyanın artilleriya döyüş sursatları kəskin surətdə çatışmır. Bu o deməkdir ki, onun yerüstü hücum əməliyyatları keçirmək qabiliyyəti tez bir zamanda azalıb…”
“Ukraynaya daha çox reaktiv artilleriya və daha çox uzaq mənzilli raketlər lazımdır…”
“Rusiyanın Ukraynanın infrastrukturuna raket zərbələri davam edərsə, Ukraynanın HHM tükənə bilər, səması Rusiya üçün təhlükəsiz ola bilər, bu da müharibənin gedişini dəyişə bilər…”
“Ukraynaya “Patriot” sistemlərinin tədarükü həyati əhəmiyyətə malikdir…”
“NATO Ukraynaya ya kifayət qədər HIMARS sistemlərini, ya da ehtiyatında olan adi artilleriya və mərmilərini tədarük etməlidir…”
Ukrayna arsenalının raketəleyhinə “Patriot” batareyaları ilə potensial artırılması o zaman baş verir ki, həm Kiyev, həm də Moskva çox mühüm sualla üz-üzə qalır: qış ərzində onlar qələbə qazanmaq üçün kifayət qədər raket və artilleriya ilə təmin oluna biləcəkmi? Kimin ilk olaraq ehtiyatları tükənərsə, Ukrayna, yoxsa Rusiyanın yazda strateji təşəbbüsü ələ keçirib və müharibəni öz şərtləri ilə başa çatdıra biləcəyi asılı ola bilər.
Moderator.az xəbər verir ki, bu badə “Detaly” nəşri yazıb.
Böyük Briyaniya Silahlı Qüvvələrinin rəisi, admiral ser Toni Radakinin sözlərinə görə, Rusiyada artilleriya mərmilərinin “kritik çatışmazlığı” var, nəticədə Moskvanın Ukraynada yerüstü əməliyyatlar keçirməsi qabiliyyəti “tez bir zamanda” azalır.
“Beləliklə, icazə verin Putinə onun öz generalları və nazirlərinin, ehtimal ki, qorxularından demədiklərini mən söyləyim, – “Royal United Services İnstitute” (RUSI) analitik mərkəzinin auditoriya admiralı bəyan edib. – Rusiyada artilleriya döyüş sursatları kəskin surətdə çatışmır. Bu o deməkdir ki, onların uğurlu yerüstü hücum əməliyyatları keçirmək qabiliyyəti tez bir zamanda azalır”.
“Bunun nədən belə olmasında heç bir sirr yoxdur. Putin 30 günlük müharibə planlaşdırıb, lakin Rusiya topları artıq 300 gündür atəş açır. Dolab boşdur. Putinin mənəvi, konseptual və fiziki qüvvəsi tükənmək üzrədir”, – o, bəyan edib.
Bundan öncə Ukrayna prezidenti Ofisi rəhbərinin baş müşaviri Mixail Podolyak bəyan edib ki, onun fikrincə, Rusiyanın Ukraynaya daha “iki-üç” güclü zərbəsi üçün kifayət qədər qanadlı raketləri var, İranın pilotsuz uçuş aparatlarının ilk partiyası isə praktiki olaraq tükənib.
Ukraynanın dəyərləndirməsinə görə, Rusiya müharibəni 900 “İsgəndər” raketləri ilə başlayıb, noyabrın sonuna onların sayı 829-undan istifadə edəndən və, iqtisadi sanksiyalara rəğmən, 48-ni istehsal edəndən sonra 119-a enib. Kiyevə düşən “X-101” qanadlı raketlərin fraqmentlərini öyrənən ekspertlər bu nəticəyə gəlib ki, onların bəziləri bu yaxınlarda istehsal edilib.
“Bloomberg” yazır ki, Rusiyanın bu qış başlıca problemi Ukraynanın əkshücumları nəticəsində daha ərazi güzəştə gedilməməsindən ibarətdir. Onlar silah və döyüş sursatları tədarükünün Rusiya qoşunlarının öz mövqelərini saxlaya bilməsi üçün həddən artıq ləng getdiyindən narahatlığını ifadə edib.
Lakin Ukraynada da tədarüklə bağlı narahatlıqlar yüksəkdir.
RUSI-nin noyabrda dərc etdiyi məruzəsinə görə, hər iki tərəf bəzən gündə 24 mindən artıq artilleriya mərmiləri, həmçinin onlarla qıt olan uzaq mənzilli raketlər, zərbə PUA-ları və HHM döyüş sursatlarından istifadə edib. Artilleriya atəşlərinin yüksək templəri “NATO hərbçilərinin tab gətirə biləcəyindən daha çox istifadə edilməsi” deməkdir”, – bunu məruzə həmmüəllifi Nik Reynolds deyib.
“Ukraynanın daima top və mərmilərlə artilleriya dəstəyinə ehtiyacı var, – Ukrayna prezidenti Vladimir Zelenski “Böyük yeddilik” liderlərinin görüşündə əlavə tədarük barədə xahişlə videomüraciətində deyib. – Bizə daha çox reaktiv artilleriya və daha çox uzaq mənzilli raketlər lazımdır”.
Bu həftə ABŞ rəsmi şəxsləri məlumat verib ki, Ukraynaya HHM və RƏM batareyalarını göndərməyə hazırdır, prezident Co Baydenin razılığını gözləyirlər. Lakin sovet dövrünün doyüş sursatları tükəndiyindən bu müddət kifayət etməyə bilər.
Öz müraciətində Zelenski təkidlə ona “müasir” tanklar verməyi xahiş edib, bu da qismən onunla izah edilir ki, NATO standartlarının tankları hazır döyüş sursatları ilə tədarük edilir.
Bu arada isə ABŞ-ın Kiyevə vermək üçün bəzi yüksək sinifdən olan silah və döyüş sursatları tükənmək üzrədir, CNN məlumat verib. Bu sistemlərin arasında 155 mm-lik artilleriya döyüş sursatları və “Stinger” zenit raketləridir.
ABŞ ordusu bəyan edir ki, o, 155 mm-lik artilleriya mərmilərinin istehsalını yazadək ayda 20 min olmaqla 14 minədək, 2025-ci ilədək ayda 40 min olmaqla artıracaq. Lakin dəyərləndirmələrə görə, Ukrayna ayda təxminən 100 min mərmi istifadə edir. Rusiyaya gəldikdə, RUSI-nin məlumatına görə, onun qoşunları gündə orta hesabla 20 min artilleriya mərmisi, Ukrayna isə 4 min mərmi buraxır.
Rusiyanın hücumları Ukraynanın unfrastrukturunu ciddi şəkildə pozur, arası kəsilməyən raket atəşləri Ukraynanın HHM-ni o dərəcədə tükəndirə bilər ki, səması Rusiya təyyarələri üçün təhlükəsiz ola bilər, bu da müharibənin gedişini dəyişə bilər, Kiyevdə hökumət analitik mərkəzi Strateji tədqiqatlar Milli İnstututunun elmi əməkdaşı Nikolay Beleskov hesab edir.
ABŞ-ən tədarük edəcəyi “Patriot” batareyalarının miqdarı bəlli deyil. Miqdarından asılı olmayaraq onların tədarükü həyati əhəmiyyətə malikdir, çünki İran Rusiyaya elə ballistik raketlər tədarük etməyə hazırlaşır ki, Ukraynada mövcud olan HHM onları vura bilməyəcək, Beleskov deyib.
Yerdə isə bu arada kritik məqam yetişir: ya ABŞ və Ukraynanın digər müttəfiqləri Rusiyanın artilleriyasını məhv etmək üçün HIMARS kimi uzaqvuran raket sistemlərinin kifayət qədər tədarük edəcəyini həll etməli, ya da NATO üzvləri ilə Rusiya arasında potensial birbaşa müharibə üçün ehtiyatda saxlanılan adi artilleriya və mərmilərin ehtiyatlarından yararlanmalıdır.
“Nəzərə alsaq ki, Rusiya qüvvələrinin 85 faizi Ukraynada tükənib, bu ehtiyatlardan indi yararlanmaq məntiqi olardı, çünki aydındır ki, Rusiyanın yenidən NATO üçü təhlükə törədəcəyindən daha erkən istehsalat xətlərinin yaradılması və onların bərpası üçün zaman olacaqdır”, – Beleskov deyib.(oxu.az)
Müəllif: Aleksandra Appelberq