Baham Adaları Birliyinin Hərbi Dəniz Qüvvələri arxipelaqın cənub hissəsindəki İnaqua adası yaxınlığında Haitidən 102 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.
Trend-in məlumatına görə, saxlanılan miqrantları deportasiya gözləyir. Onlar adaya çatdırılıblar.
Qeyd olunur ki, iyunun əvvəlində də Haitidə təxminən 200 qanunsuz miqrant saxlanılıb.