Qışda sağlamlıq haqqında 6 mif dağıldı…

“Şaxta xəstəlik törədir, qışda fiziki aktivlik qadağandır, allergiya keçəcək, alkоqol isidəcək…”

 

Bir çoxları yayı xoşlayır, qışa münasibət qədim zamanlardan neqativdir. Bu da qışla bağlı olan çoxsaylı miflər yaradıb. Lakin demək lazımdır ki, gerçəklik bəzən çox fərqlıdir.

 

Yəqin ki, hər kəs anasının dediyi “Qışda küçəyə islanmış saçlarla çıxma, soyuq dəyər” sözlərini xatırlayır. Baxmayaraq ki, bəzi mütəxəssislər iddia edir ki, əgər siz düzgün geyinmisinizsə, başınız papaq qoymusunuzsa, sizə heç nə olmayacaq, heç kim bunu könüllü etməyəcək. Lakin beyinlərimizə həkk olunan elə miflər də var ki, onların həqiqətlə heç bir əlaqəsi yoxdur, amma insanlar yenə də inanır. Bunların bəziləri ilə tanış olaq.

 

Birinci mif: Şaxta xəstəliklər törədir

 

Qışda həqiqətən soyuqdəymə və digər xəstəliklər daha çox olur, lakin alimlər hesab edir ki, soyuq havanın, demək olar ki, buna heç bir aidiyyəti yoxdur. Mümkündür ki, bu, məcazi mənadadır. Soyuqdəymə, qrip və digər xəstəlikləri törədən soyuq deyil, viruslardır.

 

“Siz otaqda çox zaman keçirdiyinizdən və bir otaqda bir neçə adamla qapalı olduğunuzdan, qanunauyğun olaraq “küçədə daha çox olduğunuz mövsümdən fərqli olaraq, viruslara daha tez yoluxursunuz”, – epidemioloq Con Seqretti izah edib. Ona görə də şaxtanın buraya dəxli yoxdur, əksinə, o, virusu öldürür.

 

İkinci mif: Qışda fiziki aktivlik qadağandır

 

Qışda həqiqətən küçədə idmanın aktiv növləri ilə ehtiyatla məşğul olmaq lazımdır, lakin çoxları soyuq və şaxtadan, ümumiyyətlə, küçədə gəzməyə getmir. Bu mövqe yanlışdır və sağlamlığa ziyan vurur.

 

“Əgər insan burnunu küçəyə çıxarmırsa və bütün günü isidilən otaqda olursa, onun orqabizmi incəlir, o, daha vərdiş etdiyi şəraitin azacıq pisləşməsinə müqavimət göstərə bilmir”, – epidemioloq xəbərdarlıq edir.

 

Yeri gəlmişkən, qışda küçədə idmanla məşğul olan zaman siz yay mövsümünə nisbətən daha çox kalori yandırırsınız.

 

Üçüncü mif: Allergiya keçir

 

Əlbəttə, bu, məntiqi görünə bilər çünki qışda heç nə çiçəkləmir. Əslində isə hər şey başqa cürdür. Allergiyanı törədən təkcə tozcuqlar deyil. Otaqlar pis havalanır və allergenlər yerlərdə qalır. 

 

“İnsanlar hətta evlərinə tüklü ev heyvanları götürürlər. Bu onların ürəyincə olmasa da, məhz allergiyanı artırır”,- allerqoloq Kendra Lexmanova qeyd edir. 

 

Bundan başqa, evdə toz və gənələr daha uzun müddət olur. Ona görə də qışda otaqları yaxşı havalandırmaq və tez-tez təmizləmək lazımdır.

 

Dörsüncü mif: Günəş eynəklərinə ehtiyac yoxdur

 

Bu, demək olar ki, tez rast gəlinən yanlışlıqdır. İnsanlar unudur ki, məhz qışda Yer kürəsi Günəşə daha yaxın olur. Beləliklə, ultrabənövşəyi şüalar daha güclü olur.

 

“Bundan başqa, qar ağ şəfəq saçır və özü-özlüyündə planetin səthindən bu şüaların 80 faizini əks etdirir. Bu isə gözlərə ziyan vura bilər”, – doktor Rober Quyd xəbərdarlıq edir. 

 

Həmçinin, dəri yanığı almaq olar. Yəqin ki, siz dağlardan dönən adamın qırmızı olduğuna diqqət yetirmisiniz, bəlkə də sizin başınıza da belə bir iş gəlib. Problem bundadır ki, qışda Günəş təkcə yandırmır. Amma bu o demək deyil ki, yanma olmur. Əksinə, yüksək qoruyucu filtri olan kremdən xüsusilə dağlarda dağ-xizək kurortlarənda istirahət edənlərin istifadə etməsi vacibdir. 

 

Beşinci mif: Yaşıl selik bakterial təhlükədir?

 

Siz fırxınanda, yaxud öskürəndə xoşagəlməz yaşıl selik görəndə dərhal təlaş keçirib özünüzdə bakterial infeksiya olduğundan şübhələnirsiz. Əslində isə sevinməlisiniz. Əgər belə selik meydana çıxırsa, bu o deməkdir ki, orqanizmin mübarizə apardığı sizin şübhələnmədiyiniz xəstəlik, yaxud iltihab sona yetir. Yaşıl selik isə, əksinə, orqanizmin hələ də mübarizə apardığını, ağ selik isə problemin yenicə başladığını göstərir.

 

Altıncı mif: Alkoqol sizi isidəcək

 

Bu, ən geniş yayılmış miflərdən biridir, lakin bu, arzuolunanın gerçəklik kimi göstərməkdir. Nə düşünməyinizdən aslı olmayaraq, alkoqoldan istifadə sizi isitməyəcək. Birinci qurtumdan sonra isti hiss edəcəksiniz, amma bu, yalnız xülyadır. 

 

“Alkoqoloun təsirindən damarlar və dəri məsamələri genişlənir, qanı bədənin içindən periferiyaya çıxarır. Beləcə, istilik orqanizmdən çıxır, onun mərkəzində isə əsl soyuq bərqarar olur”, – həkim Reyçel Vreman xəbərdar edir. Ona görə də Yeni il gecəsi qlintveyndən zövq alın, amma dərəcəsini bilin.

Mənbə

Share: