
Dekabrın 18-i bazar günü Moskva hava limanlarında 49 reys gecikib.
Güclü duman səbəbindən 12 reys isə ləğv olunub.
Modern.az xəbər verir ki, gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə edilir.
Xidmətin məlumatına görə, Vnukovoda 11 reys gecikir, 8 reys isə ertələnib.
Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib.
Həmçinin Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv olunub.
Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında gecikmələr və ləğvlər yaranıb.