ABŞ Rusiyanın Baş Qərargah rəisini ukraynalılardan necə xilas edib?

ABŞ Rusiyanın Baş Qərargah rəisini ukraynalılardan necə xilas edib?

“Arıq çox gecdir, çünki Gerasimovun olduğu mövqelərə artıq hücum başlayıb…”

 

“Bundan sonra Rusiyanın yüksək vəzifəli hərbçilərinin döyüş zonasına səfərlərinin sayı azalıb…”

 

ABŞ Ukrayna hərbiçilərinin Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun cəbhəyə səfəri zamanı onu aradan götürməməsi üçün cəhd edib. 

 

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

 

Amerika kəşfiyyatı Gerasimovun döyüş əməliyyatları zonasına planlaşdırılan səfəri haqqında məlumat əldə edib.

 

Lakib Ağ ev bu məlumatı öz ukraynalı müttəfiqlərindən gizlədib. 

 

Birləşmiş ştatlar ehtiyat edib ki, Rusiya Federasiyası Baş Qərargah rəisinə uğurlu sui-qəsd Rusiya ilə ABŞ arasında müharibəyə gətirib çıxara bilər. 

 

Bununla yanaşı, Ukrayna kəşfiyyatı rus generalının planlaşdırılan səfəri barədə müstəqil surətdə məlumat əldə edib və onun məhv edilməsinə hazırlıq görüb.

 

Ona görə də ABŞ misli görünməyən addım atmağa məcbur olub və Ukrayna hakimiyyətindən sui-qəsdi ləğv etməyi xahiş edib.

 

“Biz bunu etməməyi dedik”,- jurnalistlərə yüksək vəzifəli amerikalı məmurlar danışıb. Lakin Ukrayna Silahlı Qüvvələri nümayəndələri cavab verib ki, artıq çox gecdir. Çünki Gerasimovun olduğu mövqelərə hücum başlayıb.

 

Elə həmin məmur jurnalistlərə məlumat verib ki, belə əməliyyat zamanı onlala rusiyalı hərbçi həlak olub. Lakin Baş Qərargah rəisi sağ qalıb.

 

Bu hadisədən sonra Rusiyanın yüksək vəzifəli hərbçilərinin döyüş əməliyyatı zonasına səfərlərinin sayı azalıb.

Mənbə

Share: