Gürcüstanın azərbaycanlı deputatı aclıq aksiyasını dayandırdı 

Gürcüstanın azərbaycanlı deputatı aclıq aksiyasını dayandırdı 

Gürcüstanda müxalif Vahid Milli Hərakat Partiyasının üzvü və deputatı Abdulla İsmayılov səhhətinə görə aclıq aksiyasını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın deputatı Temur Canaşiya məlumat yayıb.

 

O, jurnalistlərə açıqlamasında deyib ki, İsmayılovun yüksək hərarəti olub, elə bu səbəbdən də onu evə göndərməli olublar.

 

Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın üzvləri Ana Tsitlidze, Davit Kirkitadze və Abdula İsmayılov dekabrın 15-də, Temur Canaşiya isə 16-da Mixeil Saakaşvilinin xaricə köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıblar.

Mənbə

Share: