
Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gün, dekabrın 19-da aviaşirkətin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.
Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.