Ukrayna kəşfiyyatı hesab edir ki, Rusiya Federasiyası belə hərəkətləri Qərbin Ukraynaya hərbi-texniki yardımına zərbə vurmaq üçün həyata keçirir.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Rusiya federasiyasının xüsusi xidmət orqanları Ukraynada ələ keçirilən Qərb silahlarını terror aktları törətmək üçün NATO ölkələrinin ərazisindəki ekstremist təşkilatlara verməyə hazırlaşır. Ukrayna-NATO əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən hibrid təhdidlərə qarşı mübarizə üzrə idarələrarası platformasının koordinatoru Aleksandr Danilyuk bu barədə Ukrayna kəşfiyyatındakı mənbəyə istinadla bildirib. O, qeyd edib ki, bu cür hərəkətlər Rusiya Federasiyası tərəfindən Qərbin Ukraynaya hərbi-texniki yardımına zərbə vurmaq məqsədilə həyata keçirilir.
“Ruslar Ukraynada, xüsusən Mariupolda ələ keçirdikləri Qərb silahlarını bir sıra ekstremist təşkilatlara, o cümlədən NATO ölkələrinin ərazisində terror aktları törətmək üçün təhvil verməyə hazırlaşırlar”, – deyə Danilyuk bildirib.
Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Mills də Rusiya Federasiyasının təxribat təhlükəsi olduğunu bəyan edərək Rusiyanın Ukraynada Amerika silahlarını ələ keçirdiyini qeyd edib.
Sultan Laçın