Aİ Ermənistana yeni missiya GÖNDƏRİR 

Aİ-nin bu ilin oktyabr ayında başlayan Ermənistanda Monitorinq Qrupunun mandatı bu gün başa çatır.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunub.

 

Bildirilir ki, Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.

 

Məlumata görə, Şura Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin:

 

“Keçid planlaşdırılma yardım qrupunun həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.

Mənbə

Share: