“Folklend adaları Argentinanındır…” – Medvedev Britaniya siyasətçilərini “gəda və riyakar” adlandırdı

“Bu, yalan, ikiüzlülük və hədsiz riyakarlıqdır…”

 

“Bütün britaniyalı siyasətçilər nadir gədalar və riyakarlardır…”

 

“Medvedevin qeyri-diplomatik bəyanatları dünyanın Rusiya ilə münasibətlərinin ciddi kəskinləşməsinə səbəb ola bilər…”

 

Medvedev Britaniya siyasətçilərini “gəda və riyakar” adlandırıb və “Maldiv adalarından rədd olmağa” çağırış edib…

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Böyük Britaniyanın baş naziri Rişi Sunakın Moskva və Kiyev arasında danışıqlar üçün zəruri şərtlər barədə sözlərini kəskin formada şərh edib.

 

Medvedev onları yalan və riyakar, Britaniya siyasətçilərini isə “nadir gədalar” adlandırıb.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün Telregram-kanalında yazıb. Məlumatı SİTA agentliyi yayıb.

 

Bundan öncə xəbər verilib ki, Britaniya baş nazirinin fikrincə, Rusiya Silahlı Qüvvələrinin qonşu ölkənin ərazisini işğal etməkdə davam etdiyi şəraitdə Ukraynada atəşin dayandırılması barədə danışıqların heç bir mənası yoxdur.

 

“Bütün britaniyalı siyasətçilər nadir gədalar və riyakarlardır”,  – Medvedev bəyan edib.

 

“Görün, Dumanlı Albion üçün səciyyəvi olmayan soyadlı gənc baş nazir nə deyib: Rusiya öz qoşunlarını Ukraynadan çıxarmayanadək heç bir danışıqlar ola bilməz”.

 

Medvedev qeyd edib ki, bu zaman anqlosakslar boşboğazlıq edərək deyir ki, Kiyev danışıqlar aparmaq barədə özü qərar verməlidir. Yaranmış vəziyyət, Medvedevin sözlərinə görə, “yalan, ikiüzlülük və hədsiz riyakarlıqdır”.

 

Özünün misli görünməyən epistolyar “hücumunun” sonunda rusiyalı siyasətçi britaniyalılara mübahisəli “Malvin adalarından rədd olmağı” və  Argentinaya qaytarmağı təklif edib.

 

O, Argentinanı futbol üzrə dünya çempionatında qələbəsi münasibətilə təbrik edib və “xarici siyasətdə də sükanı belə saxlamağa” çağırış edib.

 

“Folklendlər Britaniya deyil, Argentinadır!”, – Medvedev əlavə edib.

 

Özünün, yumşaq desək, qeyri-diplomatik bəyanatları ilə siyasətçi növbəti diplomatik qalmaqal yaranması ilə risk edir. Birləşmiş Krallığın hazırki hökumət başçısının irqi-ayrıseçkilik həddində dayanan “aşağı təbəqədən” və “qeyri-britaniyalı” mənşəli olduğuna eyham isə dünyanın onsuz da misli görünməyən təcriddə olan Rusiya ilə münasibətlərinin ciddi şəkildə kəskinləşməsinə gətirib çıxara bilər.

 

Hüquq elmləri namizədi, Roma hüququ haqqında dərsliklərin həmmüəllifi Dmitri Medvedev bilməlidir ki, dünya tarixində ehtiyatsız işlədilən ifadələr “casus belli”, yəni müharibə elan edilməsinə formal bəhanəyə çevrilib.

 

Xatırladaq ki, bu yaxınlarda Medvedev Yeni Zelandiya və “müasir nasistlərə qoşulan” daha dörd ölkəni yeni təsir prinsiplərə əsaslanan güclü qırğın vasitələri ilə təhdid edib.

Mənbə

Share: