“Psevdo-sülh qarşılığında torpaq uzlaşması olmayacaq”

“Psevdo-sülh qarşılığında torpaq uzlaşması olmayacaq”

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya-Ukrayna müharibəsinə ABŞ-ın münasibəti barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, müşavir bu barədə tviter səhifəsində yazıb.

 

“ABŞ nəhayət baza prinsipləri fiksə etdi:

1. Rusiya məğlub olmalıdır.

2. “Psevdo-sülh qarşılığında torpaq” uzlaşması olmayacaq.

3. Ukraynaya lazım olan bütün hərbi yardımlar göstəriləcək.

4. Heç kim Rusiyanın “bizimlə danış” isterikası ilə maraqlanmır”, – deyə Podolyak bildirib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri xaricə ilk dəfə səfər edərək ABŞ-a getmiş, ölkə başçısı Co Baydenlə görüşmüşdü. 

Mənbə

Share: